RU

C.KOREYADAN RƏSMİ PXENYANA DƏSTƏK » AzadMedia.az

C.KOREYADAN


Cənubi Koreyanın prezidenti Li Cae Myon bildirib ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında nüvə silahlarının tam ləğvini deyil, istehsalının dondurulmasını nəzərdə tutan razılaşmaya dəstək verə bilər.

Prezident deyib ki, Pxenyan illik 15-20 yeni nüvə başlığı istehsal edir və tam ləğv planlarının nəticəsiz qalması fonunda dondurma variantı daha praktik görünür.

Li Cae Myon 2019-cu ildən dayandırılmış danışıqların Tramp və Kim arasında bərpa olunacağına ümid etdiyini də vurğulayıb.

BBC-yə müsahibəsində Cənubi Koreya lideri həm də ölkəsinin çətin geosiyasi mövqeyinə diqqət çəkib. Çin, Rusiya və Şimali Koreya arasındakı yaxınlaşmanın Seul üçün arzuolunmaz olduğunu deyib.

(“Dünya iki düşərgəyə bölünür və Cənubi Koreya sərhəddə yerləşir.”)

Li əlavə edib ki, Ukrayna müharibəsi qınanmalı olsa da, Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi doğru deyil. Onun sözlərinə görə, Koreya yarımadasında sülhün qorunması üçün ABŞ və Yaponiya ilə əməkdaşlıq əsas prioritet olaraq qalır.

Избранный
3
1
azadmedia.az

2Источники