RU

Rəşad Nəbiyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

"Zəngəzur dəhlizi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas arteriyasına çevrilir".


Manset.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilir və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır: "Bu ideya son beş ildə davamlı olaraq gündəmdə saxlanılıb. Bu ilin avqustunda keçirilən beynəlxalq görüşlərdə də Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası kimi təsdiqləndi. Biz bu dəhlizi mövcud marşrutlara alternativ deyil, ölkələrin inkişaf və rifahına xidmət edən strateji yol kimi görürük. Proqnozlara əsasən, dəhlizlə illik yükdaşıma həcmi 15 milyon tona qədər artacaq".

R.Nəbiyev qeyd edib ki, Azərbaycan uzun illərdir ki, yalnız infrastruktur qurmaqla kifayətlənməyib, eyni zamanda region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib: "Bu gün Orta Dəhlizi tək bir ölkə idarə etmir. Bu, ortaq məqsədləri olan, sülh şəraitində yaşayan, bir-birindən faydalanan ölkələrin ‘yaxın qonşuluq" fəlsəfəsi üzərində qurulub. Burada artıq qarşılıqlı asılılıq prinsipi var – hər bir ölkənin uğuru digərlərinin uğurundan asılıdır".

Nazir qlobal ticarət tendensiyalarına da toxunub: "Uzun müddət dünya ticarəti cəmi bir neçə ölkənin nəzarətində olub. Bu tendensiya dəyişir. İndi Körfəz, Cənubi Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri təkcə ticarətdə deyil, texnologiyanın tətbiqində və inkişafında da mühüm rol oynayır. Ötən il dünya ticarətinin dəyəri təxminən 33 trilyon ABŞ dolları təşkil edib. Lakin tranzit marşrutlarının şaxələndirilməsi hələ də çətinliklərlə üzləşir. Bu baxımdan Azərbaycan Şərq və Qərb arasında müxtəlif dəhlizlərin inkişafında əsas rol oynaya bilər".

R. Nəbiyev vurgulayib ki, Azərbaycan yalnız infrastruktur layihələrini deyil, bu infrastrukturdan ən səmərəli istifadənin yollarını da birlikdə müəyyənləşdirir: "Bu, region ölkələrinin qarşılıqlı asılılığı və ortaq uğuru üçün vacibdir".

Избранный
4
4
manset.az

5Источники