RU

Lavrov BMT tribunasında: XİN başçısı Baş Assambleyada çıxış edəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 27 sentyabr tarixində BMT Baş Assambleyasının tribunasından çıxış edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov TASS-a müsahibəsində bildirib.

"Əsas hadisə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun 27 sentyabr tarixində ümumi-siyasi müzakirələr çərçivəsində çıxışı olacaq", - deyə o bildirib.

Loqvinovun sözlərinə görə, Nyu-Yorkda nazir səviyyəsində, BRICS, G20, KTMT çərçivəsində, eləcə də BMT Nizamnaməsinin müdafiəsi üzrə dostlar qrupu formatında bir sıra tədbirlər planlaşdırılıb:

"Bundan əlavə, Rusiya nümayəndə heyəti yüksək səviyyədə Fələstin-İsrail münaqişəsinin iki dövlət həlli üzrə dəstək beynəlxalq konfransının II turunda, BMT-nin sülhməramlılıq üzrə Komissiyasının iclasında, Qlobal İnkişaf Təşəbbüsü və iqlim dəyişikliyi məsələləri çərçivəsində keçirilən görüşlərdə təmsil olunacaq", - deyə diplomat əlavə edib.

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ümumi-siyasi müzakirələr 23-27 sentyabr və 29 sentyabr tarixlərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
1
olaylar.az

2Источники