Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov TASS-a müsahibəsində bildirib.
"Əsas hadisə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun 27 sentyabr tarixində ümumi-siyasi müzakirələr çərçivəsində çıxışı olacaq", - deyə o bildirib.
Loqvinovun sözlərinə görə, Nyu-Yorkda nazir səviyyəsində, BRICS, G20, KTMT çərçivəsində, eləcə də BMT Nizamnaməsinin müdafiəsi üzrə dostlar qrupu formatında bir sıra tədbirlər planlaşdırılıb:
"Bundan əlavə, Rusiya nümayəndə heyəti yüksək səviyyədə Fələstin-İsrail münaqişəsinin iki dövlət həlli üzrə dəstək beynəlxalq konfransının II turunda, BMT-nin sülhməramlılıq üzrə Komissiyasının iclasında, Qlobal İnkişaf Təşəbbüsü və iqlim dəyişikliyi məsələləri çərçivəsində keçirilən görüşlərdə təmsil olunacaq", - deyə diplomat əlavə edib.
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ümumi-siyasi müzakirələr 23-27 sentyabr və 29 sentyabr tarixlərində keçiriləcək.