RU

Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”

Rusiyanın Samara vilayətində 2023-cü ilin iyununda kütləvi zəhərlənməyə gətirib çıxaran “Mister Sidr” içkisi ilə bağlı məhkəmə hökmü elan edilib.

XəzərNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Samara şəhərinin Krasnoqlinski rayon məhkəməsi istehsalçı Anar Hüseynovu 9 il, spirt tədarükçüsü Artem Ayrapetyanı isə 8 il həbs cəzasına məhkum edib.

İstintaqın gedişində məlum olub ki, istehsal xərclərini azaltmaq üçün içkilərə etil spirti əvəzinə metanol qatılıb. Cəmi 48 min litr “Mister Sidr” və “Leto Sidr” saxta etiketlə hazırlanıb. Zəhərlənmə nəticəsində 50 nəfər ölüb, 66 nəfər isə xəsarət alıb.



Xəbər 45 dəfə oxunub.
Избранный
15
xezernews.az

1Источники