RU

Keçmiş məcburi köçkün: Bu yaşımda yenidən doğma yurda qayıtmaq nəsibim oldu

Tərtər, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün arzularımız gerçəyə çevrilir. 33 ildən sonra yenidən doğma torpaqlara qayıdıram. Keçirdiyim hissi sözlə ifadə etmək çətindir.

Bu sözləri Tərtərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Zərifə Quliyeva deyib.

“Doğma torpaqlardan məcburən köçəndə cavan idim, indi isə saçlarıma dən düşüb. Çox sevinirəm ki, bu yaşımda yenidən doğma yurda qayıtmaq nəsibim oldu. Bu sevinci bizə yaşadanlara – Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm”, - deyə Z. Quliyeva bildirib.

Избранный
15
2
azertag.az

3Источники