RU

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Kommersant.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +14 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +0 dərəcədən +4 dərəcəyədək, gündüz +5 dərəcədən +9 dərəcəyədək olacaq.

Избранный
7
49
kommersant.az

10Источники