RU

İran nəşri: “Azərbaycan Avropanın enereji təhlükəsizliyində mühüm oyunçudur”

“SOCAR-ın İtaliyada iki iri layihəyə sahiblənməsi geosiyasət, iqtisadi praqmatizm və qlobal enerji bazarlarının dəyişən dinamikası ilə idarə olunan Avropanın enerji bazarında köklü dəyişiklikdən xəbər verir”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Tahlilbazar” saytında dərc olunmuş məqalədəndir.
Sayt yazır ki, bu addım İtaliya ilə Azərbaycanı tamhüququlu müttəfiqə çevirəcək. “SOCAR-ın İtaliyaya daxil olması korporativ addımdan daha böyükdür. Bu, Avropanın enerji balansının gələcəyi ilə bağlı bəyanatdır. Azərbaycan mühüm emal və pərakəndə aktivləri təmin etməklə təkcə öz iqtisadiyyatının şaxələndirilməsini təmin etmir, həm də özünü Avropanın enerji təhlükəsizliyində mühüm oyunçu kimi təsdiq edir”.

Fərda Uğur

Избранный
11
tribunainfo.az

1Источники