Premyer Liqanın 5-ci turunda “Arsenal” öz meydanında “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edib.
İdmanxeber.az-ın məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta tarixdə Xosep Qvardiolaya qarşı ardıcıl 5 oyunda məğlub olmayan ilk mütəxəssis olub.
Matçda “Mançester Siti”nin topa nəzarəti 33 faiz təşkil edib ki, bu da Qvardiolanın daxili çempionatlarda keçirdiyi 600 oyunda ən aşağı göstərici kimi tarixə düşüb.