RU

NATO təcili toplanır: Estoniyanın hava məkanının pozulması gündəmdə

Sabah Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının səfirlər səviyyəsində iclası keçiriləcək və bu yaxınlarda Rusiya döyüş təyyarələrinin Estoniya hava məkanını pozması müzakirə olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə NATO qərargahındakı mənbədən məlumat verilib .

"Şimali Atlantika Şurasının iclasının sabah, 23 sentyabr 2025-ci ildə baş tutacağını təsdiqləyə bilərik", - rəsmi bildirib.

O əlavə edib ki, görüş səfirlər səviyyəsində fiziki görüş rejimində keçiriləcək.

İclasın mövzusu Rusiyanın NATO üzvü olan Estoniyanın hava məkanını pozması olacaq.

Bildirək ki, Rusiyanın üç MiQ-31 qırıcısı cümə günü səhər saatlarında Vaindloo adasının ərazisində Estoniya hava məkanını icazəsiz keçib.

İtalyan F-35-lərinin rus qırıcıları tərəfindən tutulmasından əvvəl Rusiya təyyarəsi təxminən 12 dəqiqə Estoniya hava məkanında olub.

Aytən Yaşar/ Turkustan.az

Избранный
14
1
turkustan.az

2Источники