RU

Gürcüstanın idman naziri Diaspor Komitəsində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziriŞalva Qoqoladze və Gürcüstan nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstanın idman nazirinin müavinləri,DİDK-sədrinin müavini və hər iki tərəfdən digər rəsmi şəxslərindaxil olduğu nümayəndə heyəti iştirak edib.

Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyəti, onlarınölkənin müxtəlif sahələrinə, eləcə də Azərbaycanla Gürcüstanarasındakı münasibətlərin inkişafına verdikləri töhfələr, gələcəkpotensial layihələr, yeni əməkdaşlıq mexanizmləri və tərəfdaşlıqimkanları barədə müzakirə aparılıb.

Qonaqları səmimi salamlayan Fuad Muradov iki ölkə arasındadostluq və qardaşlıq münasibətlərinə diqqət çəkib, Prezident İlhamƏliyevin müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq xariciölkələrdə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan Evləri,Koordinasiya Şuraları, həftəsonu məktəbləri barədə ətraflı danışıb.Bildirib ki, hazırda Gürcüstanda Azərbaycan Evləri də daxil olmaqla9 mərkəz mövcuddur. Tbilisi, Bolnisi, Qardabani, Laqodexi, Rustavi,Marneuli, Saqareco, Dmanisi və Sadaxlıda fəaliyyət göstərənmərkəzlərdə həftəsonu məktəbləri, Azərbaycan və gürcü dili, idmanvə bir sıra digər kurslar açılıb, eyni zamanda soydaşlarımızahüquqi yardım göstərilir. Hazırda mərkəzlərdəki kurslara gələnlərinsayı 900-dən çoxdur və onların 300 nəfəri müxtəlif idman növləriüzrə kurslarda iştirak edirlər. Mərkəzlərdə çeşidli tədbirlərtəşkil olunur, o cümlədən hər iki ölkənin önəmli günləri qeydedilir. Əlavə olunub ki, bu il 100-dən artıq azərbaycanlı gəncGürcüstanın nüfuzlu ali məktəblərinə qəbul olunub.

Əlavə edək ki, bu gün dünyanın 20 ölkəsində 31 Azərbaycan Evifəaliyyət göstərir.

Qeyd olunub ki, Gürcüstanda reallaşan layihələr, xüsusilə ortavə ali məktəblərə hazırlıq, eləcə də idman kurslarıazərbaycanlıların təhsil imkanlarının, hüquqi biliklərininartırılmasında, idman və yüksək texnologiyalar sahəsindəbacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynayır. GörüşdəGürcüstanda yaşayan azərbaycanlı gənclərin idmana böyük maraqgöstərdikləri, müxtəlif yarışlarda dəfələrlə qalib olduqları dadiqqətə çatdırılıb.

Şalva Qoqoladze səmimi qəbula görə təşəkkürünü bildirib vəkomitənin azərbaycanlılara yönəlik layihələrinin gələcəkdə də davametdirilməsinin zəruri olduğunu dilə gətirib. Nazir bildirib ki,Gürcüstanda yaşayan azərbaycanlılar ölkə əhalisinin mühüm hissəsinitəşkil edir, ölkənin maraqlarını qoruyur və Gürcüstana müxtəlifsahələrdə qələbələr qazandırırlar. Nazir, həmçinin qarşılıqlısəmərəli əməkdaşlığın bundan sonra da uğurlu davamına əminliyiniifadə edib.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətəinteqrasiyası, gürcü dilini dərindən öyrənmələri ilə bağlı müsbətfikirlər səsləndirilib, Azərbaycanda yaşayan gürcülərə göstəriləndiqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqedilib.

Gürcüstanın
Gürcüstanın
Gürcüstanın
Gürcüstanın
Gürcüstanın
Gürcüstanın
Gürcüstanın
Избранный
15
1
az.trend.az

4Источники