RU

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi kreditlərə subsidiya və zəmanət təmin olunacaq

ain.az, Marja.az saytına istinadən bildirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaxın gələcəkdə daşıyıcıların avtobus parkını yeniləməsi üçün yeni maliyyə imkanları təqdim edəcəyini açıqlayıb. Agentliyin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, daşıyıcılar bank kreditlərinə müraciət etdikdə dövlət həmin kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.

“Bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək”, – deyə Rzayev vurğulayıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləmək imkanı yoxdursa, dövlət dəstəyi vasitəsilə bank kreditlərindən yararlanaraq avtobus parkını təzələyə biləcək. Bu addım həm daşıyıcıların fəaliyyətini stabilləşdirəcək, həm də sərnişinlər üçün daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərini təmin edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
marja.az

2Источники