Sağlam qida olan sirkə həm də güclü təmizləyici məhsuldur və bir çox inadkar ləkələri asanlıqla təmizləyir. Ev təmizliyində təbii üsullardan faydalanmaq istəyənlər tez-tez bu məhsuldan istifadə edirlər. Ancaq bəzi məişət əşyaları var ki, onların üzərində sirkə istifadə etmək geri dönüşü olmayan zərər vurur. Sağlamolun.az xəbər verir ki, bunların arasında ilk yerdə qranit və mərmər səthlər gəlir. Onlar təbii daşlardır və yüksək turşu tərkibli məhsullar daşların təbii quruluşunu korlayır. Mətbəxdəki səthlər soda kimi daha sadə məhsullarla təmizlənə bilər.Saglamolun.Az