RU

"166" yük daşıma şirkətinə məxsus avtomobil qəza törətdi - Xəsarət alanlar var

Şəmkirdə yük maşını ilə minik maşını toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yasamal adlanan ərazisində baş verib. Belə ki, hərəkətdə olan yük maşını ilə "VAZ 21015" markalı avtomobillər toqquşub. Qəza zamanı minik maşınıda olan 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Qəzaya düşən yük maşının "166" yük daşıma şirkətinə məxsus olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
40
26
unikal.az

10Источники