RU

BMU ilə Filippin universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universiteti (BMU) ilə Filippin Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Sulu Dövlət Universiteti (SDU) arasında onlayn formatda görüş keçirilib.

"Unikal" xəbər verir ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül ali təhsil ocağının   fəaliyyəti, beynəlxalq əlaqələri, Çin və Cənubi Koreya universitetləri ilə icra olunan ikili diplom proqramları, tələbə mübadiləsi imkanları və gələcək inkişaf planları barədə ətraflı informasiyaları diqqətə çatdırıb. 

Sonra SDU-nun rektoru, professor Charisma S. Ututalum rəhbərlik etdiyi təhsil ocağının tarixi, tədris istiqamətləri, fakültələri və beynəlxalq əlaqələri haqqında təqdimatla çıxış edib. Bildirilib ki, SDU Filippinin aparıcı dövlət ali təhsil müəssisələrindən biridir. Universitet mühəndislik, təbiət elmləri, pedaqoji, biznes və informasiya texnologiyaları sahələrində kadr hazırlığı aparır. Eyni zamanda, universitet beynəlxalq əməkdaşlığa böyük önəm verir və müxtəlif ölkələrin ali məktəbləri ilə tərəfdaşlıq münasibətləri qurur.

Görüş zamanı BMU ilə SDU arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin reallaşdırılması, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili kimi mühüm istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə tərəflər əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı qarşılıqlı maraqlarını ifadə ediblər. 

 

Избранный
13
4
unikal.az

6Источники