RU

Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama

Azərbaycan öz ərazilərini azad edib və onlarda suverenliyini bərpa edib. Son 8 ildə biz həmçinin sabit makroiqtisadi və maliyyə mühiti formalaşdırmışıq.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Samir Şərifov deyib.

O qeyd edib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir, fiskal mövqeyi isə yaxşılaşır:

“Bu dövrdə biz maliyyə ehtiyatlarımızı demək olar ki, iki dəfə artırmışıq; onlar artıq ölkənin ÜDM-nin təxminən 95%-nə çatır, dövlətin xarici borcu isə bu ehtiyatlardan 15 dəfə azdır. Bunlar da mühüm ilkin şərtlərdir.

Növbəti əsas sütun isə, mənim fikrimcə, biznes mühitidir — yəni investisiya üçün əlverişli, təşviqedici mühit. Bu istiqamətdə də çox işlər görülür. Biz qanunvericiliyi təkmilləşdiririk, investorlarla dialoq mühiti yaradırıq. Cənab Prezidentin sərəncamı ilə yaradılmış biznes mühiti üzrə komissiya işgüzar dairələrlə və investorlarla işləyir, vəziyyəti monitorinq edir və zəruri hesab edilən dəyişiklikləri həyata keçirir”.

Избранный
13
6
konkret.az

7Источники