Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”(AZAL) Maldiv adalarının milli aviaşirkəti “Maldivian” ilə stratejitərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZALsərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha dagenişləndirir.
Yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər VelanaBeynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinəsahib olan “Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıqiki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizmsahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Butərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha dagenişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatanedir.
“Maldivian” ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizingenişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsiistiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşuölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahətimkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizmistiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdəiki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçünmöhkəm platforma rolunu oynayacaq”, — deyə “Azərbaycan HavaYolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
Qeyd edək ki, Maldiv adalarının milli aviaşirkəti “Maldivian”həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyatakeçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalqistiqamətlərə reyslər yerinə yetirir. “Maldivian”, həmçinin dəniztəyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsizdaşınmasını təmin edir.