RU

İran və Azərbaycan yeni enerji layihələri hazırlayır - Səfir Muctaba Dəmirçilu (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

İran Azərbaycanla illik ticarət dövriyyəsini iki istiqamətdəartırmağı hədəfləyir və iki ölkə arasında ticarət əlaqələri inkişafetməkdədir.

Bunu Trend-əözəl müsahibədə İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçiludeyib.

Onun sözlərinə görə, birincisi, dövlət səviyyəsində İran vəAzərbaycan arasında Birgə İqtisadi Komissiyasının iclaslarınınkeçirilməsidir. Bu iclaslar vasitəsi ilə logistik planlar kimiticarəti sadələşdirən layihələr çərçivəsində addımların atılmasıböyük əhəmiyyət kəsb edir. İki ölkə arasında Dövlətlərarası Birgəİqtisadi Komissiyanın son iclası Tehranda təşkil olunub və buformat çərçivəsində əlaqələri və ticarətin artımına nail olmaqmümkündür.

İran səfiri əlavə edib ki, ikinci istiqamət iki ölkənin işadamlarının qarşılıqlı olaraq bir-birlərinin potensialı vəimkanları ilə tanış olmasıdır. Bu da ticarət dövriyyəsininartmasına öz töhfəsini verə bilər.

“Bu çərçivədə iş adamlarının qarşılıqlı səfərlərinin artması,keçidlərin sadələşdirilməsi, iki ölkə arasında uçuşların artmasıkimi önəmli addımları qeyd etmək mümkündür”, - deyə o qeydedib.

Dəmirçilu bildirib ki, 2024-cü ildə İran və Azərbaycan arasındaticarət dövriyyəsi 2023-cü ilə nisbətdə 34% artaraq 647 milyondollara yüksəlib. Lakin təbii ki, bu səviyyədə ticarət dövriyyəsigözləntilərə uyğun deyil. İran maliyyə və bank sahəsində maneələrinaradan qaldırılması, tranzit və yükdaşımanın sadələşdirilməsi və işadamları arasında əlaqələrin artırılması ilə iqtisadi münasibətləriinkişaf etdirməyə çalışır.

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəflivə çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib

Səfir bildirib ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfliəməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başaçatdırılacağı gözlənilir.

Dəmirçilu əlavə edib ki, layihələrdən Xəzər dənizində neftrezervuarında əməkdaşlıq anlaşmasının icrası,İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsininsinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrananəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu,Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeydetmək olar.

“Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafındaböyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşımünasibətləri var”, - deyə o qeyd edib.

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorundaçox yaxşı səviyyədə investisiya yatırıb. Eyni zamanda Türkmənistanqazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu ikiölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir.

“İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsiüçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həminhidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək”, - deyə o qeydedib.

İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrədetallar üzərində işləyir

Dəmirçilu bildirib ki, hazırda İran, Azərbaycan və Rusiyanınelektrik şəbəkəsinin sinxronlaşdırılması istiqamətində detallarüzərində işlənməkdədir. Üç ölkədə rəhbərlik səviyyəsində elektrikmübadiləsinə razılıq var.

Səfir deyib ki, İranın “Monenko” şirkəti bu elektrik mübadiləsiilə əlaqədar tədqiqat işlərini başa çatdırıb və öz hesabatlarınıhazırlayaraq tərəflərə təqdim edib. Bu hesabatlar əsasında elektrikşəbəkələrinin sinxronlaşdırılması imkanı var.

“Elektrik şəbəkələrinin sinxronlaşdırılması üç ölkənin elektrikşəbəkəsinin təhlükəsizliyini artıra və 3-cü tərəfə elektrikixracını imkanını yarada bilər”, - deyə o qeyd edib.

Dəmirçilu əlavə edib ki, may ayında İranın EnergetikaNazirliyinin yüksək səviyyəli heyəti bununla əlaqədar Bakıya səfəredib. Səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq yolları vəxüsusilə İran, Azərbaycan və Rusiya arasında elektrik şəbəkəsininsinxronlaşdırılması haqqında danışıqlar aparıb.

Araz çayı üzərində körpünün inşa işlərinin tezliklə başaçatacağı gözlənilir

Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayıüzərində Ağbənd-Kəlalə bölgəsində tikilməkdə olan körpünün inşaişlərinin ilin sonuna qədər başa çatdırılması qərara alınıb.Hazırda bu körpünün tikintisində inşa işləri təxminən 63% başaçatdırılıb.

Dəmirçilu əlavə edib ki, körpüdən sonra İran ərazisində Culfaistiqamətində magistral yolun genişləndirilməsi üzrə işlər həyatakeçirilir. Kəlalədən Culfa istiqamətində magistral yolungenişləndirilməsi üçün bir neçə tunel qazılmalıdır.

“Bu magistral yol İranın öz vəsaiti hesabına inşa olunur.Beləliklə Azərbaycan vətəndaşları daha asan və daha etibarlışəkildə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında səfər edəbiləcəklər”, - deyə o qeyd edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran vəAzərbaycanın mənafeyi istiqamətində fəaliyyətgöstərəcək

Səfir deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tamşəkildə istifadəyə verildiyi halda, həm İran, həm Azərbaycan, həmdə regionun digər ölkələrinin mənafeyi istiqamətində fəaliyyətgöstərəcək. Məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizin qərbmarşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinəbirləşdirir.

Dəmirçilu bildirib ki, hazırda Rusiyanın iştirakı iləŞimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astaradəmiryolunun tikintisi istiqamətində işlər aparılır.

İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavəİran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradanqaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.

“Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizininpotensialından istifadə etmək üçün infrastrukturlar diqqətmərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları dainkişaf etdirmək lazımdır”, - deyə o qeyd edib.

İran
İran
İran
İran
Избранный
18
1
az.trend.az

2Источники