RU

“Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır" - SƏDR AÇIQLADI

Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti təqdim edən 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58 %-nə sahibdir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, həmin avtobusların istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir: “Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir. İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sərnişinlərdən gediş haqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb. Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır".

Müəllif: Arzu Qurbanlı
Избранный
19
6
sia.az

10Источники