RU

Niderlandda polis 15 yaşlı oğlanı güllələyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Niderland polisi Kapelle-an-den-Eysseldə velosiped oğurlamağa cəhd edən 15 yaşlı oğlanı güllələyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Dutchnews.nl nəşri şəhər meri Cust Manusamanın məlumatına istinadən yazıb.
Çox sayda insan, o cümlədən azyaşlı uşaqlar Rotterdam yaxınlığındakı ərazidə, "McDonald's" restoranında baş verən faciəli hadisənin şahidi olublar.
Hadisə ilə bağlı yaranan bütün suallara və emosiyalara baxmayaraq, şəhər meri istintaq tamamlanana qədər səbirli olmağa çağırıb.
"Ancaq o zaman nəticələr çıxarmaq olacaq. Ona görə də mən hamını fərziyyələr irəli sürməməyə və araşdırmanın nəticələrini gözləməyə çağırıram", - deyə o bildirib.
Məlumata görə, oğlan velosipedi oğurlamazdan əvvəl onun sahibini tapança ilə hədələməkdə şübhəli bilinirmiş.
"Bu, ölən oğlanın qohumları üçün böyük itkidir. Mən, həmçinin fərqindəyəm ki, bu hadisə bütün şahidlərə dərin təsir göstərib. Bu, xüsusilə uşaqlar üçün sarsıdıcı və qorxuducu ola bilər", - deyə Manusama qeyd edib.
Hadisənin baş verdiyi "McDonald's" isə polis araşdırması tamamlanana qədər bağlı qalacaq.
Избранный
5
3
oxu.az

4Источники