RU

Ermənistan MTX-nin direktoru Bakıdan hansı nəticə ilə döndü?

Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçirilən Üçüncü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib. Bir neçə gün mən qəsdən bu mövzunu şərh etməkdən çəkindim - ehtiyatla, ümid edirəm ki, səfər ən azı bəzi hərbi əsirlərimizin azad edilməsinə kömək edəcəkdir. Ancaq qrafikə baxanda, görünür, səfər başa çatıb, müsbət xəbər yoxdur”.

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin məlumatına görə, bunu erməni politoloq Suren Surenyants sosial şəbəkədə yazıb

“İlham Əliyev növbəti diplomatik divident əldə edərək beynəlxalq imicini gücləndirdi, Ermənistan isə heç nə  qazanmadı. Bu, diplomatiya deyil, təhlükəli məğlubiyyətdir. Erməni məmurunun Bakıya hər hansı səfəri yalnız bir halda əsaslı sayıla bilər - o, bizim məhbuslarla birlikdə İrəvana qayıtsa. Əks halda, bu cür səfərlər nəinki Ermənistanın dövlət maraqlarını müdafiə etmir, əksinə, Azərbaycanın mövqeyini gücləndirir. Ermənistan hakimiyyətinin birinci öhdəliyi əsirlərin qaytarılmasını təmin etmək olmalıdır”, -deyə davamında şərhçi bildirib.

Sultan Laçın

Избранный
7
2
hafta.az

3Источники