RU

Bakı şəhərində “Avropa Mobillik Həftəsi” çərçivəsində E bike avadanlığı ilə enerji yaratmaq imkanı təqdim olunub FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Avropa Mobillik Həftəsi” çərçivəsində Bakı şəhərində 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilib.

İdman.biz xəbər verir ki, bu münasibətlə ayrılmış zonada Gənclər və İdman Nazirliyi tərəfindən E-bike avadanlığı quraşdırılıb.

Böyük maraq doğuran bu avadanlıq vasitəsilə vətəndaşlar pedal çevirərək enerji yaradıb və mobil telefonlarını doldurmaq imkanı qazanıblar.

Qeyd edək ki, gün ərzində 500 nəfərə yaxın iştirakçı E-bike qurğusundan istifadə edərək həm sağlam həyat tərzini təşviq edib, həm də alternativ enerji mənbələrinin üstünlüklərini praktiki şəkildə sınayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
icma.az

2Источники