RU

Qazaxıstan: Ukrayna böhranı üzrə danışıqlara ev sahibliyi etməyə hazırıq - ÖZƏL

Qazaxıstan parlamentinin aşağı palatası - Məclisin deputatı, ölkənin ən böyük partiyası olan Amanatın üzvü və Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin katibi Aydos Sarım bildirib ki, Qazaxıstan Ukrayna böhranının "ayrı-ayrı məsələləri" üzrə danışıqlar üçün vasitəçi rolunu oynaya bilər. Olaylar.az xəbər verir ki,  deputatın sözlərinə görə, əgər belə bir imkan və ehtiyac yaranarsa, Qazaxıstan həm Rusiya-Ukrayna münaqişəsi ilə bağlı, həm də digər beynəlxalq məsələlərdə moderatorluq edə bilər: "Mən ümumi prosesdən danışmıram, amma ayrı-ayrı məsələlərin həllində niyə də Qazaxıstan vasitəçi olmasın? Çünki adətən danışıqlar müxtəlif meydançalarda keçirilir və hər biri fərqli səviyyədə problemləri müzakirə edir." Aydos Sarım xatırladıb ki, Astanada daha əvvəl də müxtəlif münaqişələrlə bağlı görüşlər keçirilib, o cümlədən Suriya ilə bağlı dialoqlara ev sahibliyi edilib. O, həmçinin Qazaxıstanın Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin mümkün görüşünə də meydança ola biləcəyini istisna etməyib: "Trampın yaxın vaxtlarda bölgəmizə səfəri gözlənilir. Qazaxıstan isə həm Rusiya prezidenti Vladimir Putin, həm də Tramp üçün rahat ölkədir. Biz təhlükəsizlik və digər bütün şərtləri tam təmin edə bilərik." Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də yanvar ayında "Ana tili" qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, Tramp ilə telefon danışığında Ukrayna məsələsini müzakirə edib. Dövlət başçısı vurğulamışdı ki, ölkəsi hər zaman beynəlxalq problemlərin həllində kömək göstərməyə hazırdır, lakin özünü vasitəçi kimi zorla önə çıxarmır, imkanları və potensialına uyğun hərəkət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники