RU

Amerikalı iqtisadçı gələcəyin texnologiyalarına investisiyaların cəlb olunmasında Azərbaycanın potensialını vurğulayıb

Bakı. Trend:

Azərbaycanın gələcəyin texnologiyaları və sahələrinə birbaşaxarici investisiyalar cəlb edə bilməsi üçün hər cür imkanı var.

Trend xəbər verirki, bunu amerikalı iqtisadçı, “Roubini Macro Associates” şirkətininbaş direktoru Nuriel Rubini Bakıda keçirilən Birinci Beynəlxalqİnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatınşaxələndirilməsinə xüsusi önəm verir. Ölkədə yeni texnologiyalarınbu prosesdə mühüm rol oynaya biləcəyi çoxsaylı istiqamətlərmövcuddur.

Amerikalı iqtisadçı qeyd edib ki, karbohidrogenlərin hasilatı vəistifadəsinin effektivliyini artırmaq üçün texnoloji həllər tətbiqoluna bilər. Bundan başqa, onun sözlərinə görə, Azərbaycan ötən ilCOP29-a ev sahibliyi etməklə “yaşıl keçid” sahəsində öz üzərinəciddi öhdəliklər götürüb və məhz yaşıl texnologiyalar bu sahədəhəlledici rol oynayacaq.

Maliyyə inklüzivliyinin inkişafı və maliyyə xidmətləriningöstərilməsinin səmərəliliyinin artırılması xüsusi əhəmiyyət kəsbedir.

“Əlbəttə, dövlət müəssisələrinin səmərəliliyini artırmaq vəgələcək artımın daha çox özəl sektor və yeni texnologiyalarhesabına təmin olunmasına nail olmaq vacibdir”, - deyə Rubini qeydedib.

O həmçinin bildirib ki, gələcəkdə Mərkəzi və Şərqi AsiyadanYaxın Şərqə, Qafqaz regionuna, Avropaya və dünyanın digərbölgələrinə ticarətin həcmləri artacaq. Bununla yanaşı, nəqliyyatvə logistika getdikcə daha texnoloji olacaq.

Избранный
20
az.trend.az

1Источники