RU

Filippində etirazlar zamanı 216 nəfər saxlanılıb

Filippində baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı azyaşlılar da daxil olmaqla 216 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Manila Times" Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 21-də keçirilən aksiyalar zamanı saxlanılan şəxslərə avtomobilləri yandırmaq, daş və molotov kokteyli atmaq, moteldən əşyalar oğurlamaq kimi ittihamlar irəli sürülüb.

Nazir Xuanito Remulla bəyan edib ki, polis əməkdaşlarına “Molotov” atan şəxslər adam öldürməyə cəhd ittihamı ilə üzləşə bilər. O, iğtişaşçılara “anarxistlər” deyə müraciət edib.

Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, etirazlarda təxminən 49 min nəfər iştirak edib. Hadisələr zamanı azı 40 polis əməkdaşı yaralanıb.

Избранный
2
1
operativmm.az

4Источники