AZ

Filippindəki etirazlarda 216 nəfərsaxlanıldı

Filippin polisi etiraz aksiyaları və iğtişaşlar zamanı azyaşlılar da daxil olmaqla 216 nəfəri saxlayıb

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki,  Filippin Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-də baş verən iğtişaşlar zamanı polis etirazçıları avtomobilləri yandırmaq, daş və molotov kokteyli atmaq, moteldən əşyalar oğurlamaq ittihamı ilə həbs edib.

Nazirlik rəhbəri Xuanito Remullanın sözlərinə görə, polis əməkdaşlarına molotof kokteyli atan şəxslər adam öldürməyə cəhddə ittiham oluna bilər. Remulla etirazçıları “anarxist” adlandırıb.

"Trilyon Peso Yürüşü" adlandırılan etiraz aksiyası ölkənin daşqınlara qarşı mübarizə fondunun mənimsənilməsinin üzə çıxmasından sonra ictimai fəallar tərəfindən başladılıb. Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, etirazlarda təxminən 49 min nəfər iştirak edib. Ən azı 40 polis əməkdaşı yaralanıb.

Seçilən
0
2
redaktor.az

4Mənbələr