RU

Türkiyə ABŞ mallarına tətbiq edilən əlavə rüsumları ləğv etdi

Türkiyə hökuməti ABŞ-dan idxal olunan bir sıra məhsullara tətbiq edilən əlavə gömrük rüsumlarını aradan qaldırıb.

Olaylar.az xəbər verir ki, qərar rəsmi dövlət nəşri "Resmi Gazete"də dərc olunub.

Ləğv edilən rüsumlar ümumilikdə 33 adda məhsulu əhatə edir. Onların arasında spirtli içkilər, minik avtomobilləri, tütün məmulatları və kosmetika məhsulları var.

Rüsumların aradan qaldırılması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ilə üst-üstə düşüb.

Xatırladaq ki, Ankara 2018-ci ildə Vaşinqtonun Türkiyə mallarına rüsumları artırması qərarına cavab olaraq ABŞ məhsullarına əlavə tariflər tətbiq etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
1
olaylar.az

2Источники