RU

“Mançester Siti” Qvardiola ilə yeni antirekorda imza atdı

İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında Premyer Liqada yeni antirekorda imza atıb.

Arena.az bu barədə “Opta Sports”a istinadən xəbər verir.

Belə ki, Mançester təmsilçisi Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 5-ci turunda qarşılaşdığı “Arsenal”la görüşdə oyun vaxtının cəmi 33 faizində topa sahib olub. Bu, Qvardiola üçün daxili çempionatlarda antirekord olub.

İspaniyalı mütəxəssisinin komandası əvvəlki 600 matçın heç birində topa bu qədər az sahib olmayıb. Əvvəlki antirekord da “Arsenal”a qarşı oyunda qeydə alınmışdı. 2023-cü ilin martında baş tutmuş görüşdə “şəhərlilər” topa cəmi 37 faiz sahib ola bilmişdilər.

Bundan əlavə, London klubunun baş məşqçisi Mikel Arteta Qvardiolaya qarşı ardıcıl 5 matçda uduzmayan ilk məşqçi kimi tarixə düşüb.

Xatırladaq ki, hazırda “Mançester Siti” 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cudur. 10 xala malik “Arsenal” isə ikinci pillədə qərarlaşıb.

error: Məzmun qorunur!
Избранный
8
49
arena.az

10Источники