Sea Breeze

2025-ci il sentyabrın 23-də Şəki şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müraciət edən şəxsləri qəbul edəcək.

Qəbul Şəki “ASAN xidmət” mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, Əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək.

Qəbula Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX