RU

Toral Bayramov bunu ilk dəfə bacardı, 108-ci oldu

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Araz-Naxçıvan”la səfər oyunu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan Premyer Liqasının 5-ci turu 2025/2026-cı illər mövsümünün ilk het-triki ilə əlamətdar olub. “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda 3 qola imza atıb.

Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vurmuş 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.

Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.

İki dəfə penaltidən fərqlənmiş yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.

Xatırladaq ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.

error: Məzmun qorunur!
Избранный
10
13
arena.az

10Источники