RU

"Sərhədçi" yeni transferini açıqladı

Növbəti mövsümə hazırlaşan “Sərhədçi” heyətinə yeni basketbolçu qatıb. Paytaxt klubu ABŞ-dən olan Kameron Uilbonla anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 1, 96 sm boya malik Kameron Uilbon son olaraq “CSU Bakersfild” klubunda çıxış edib.

Избранный
13
teleqraf.com

1Источники