RU

“Koçaryan Putini əmin etmişdi: 2 rayon azad olunsa Paşinyan devriləcək”– RƏSUL QULİYEV

Dünyada Rusiyanı istəyən, qəbul edən bir ölkə belə tapmaq mümkün deyil”.

AzPost bildirir ki, bu sözləri Milli Məclisin sabiq sədri, ABŞ-da mühacirətdə olan Rəsul Quliyev Moskvanın siyasətini şərh edərkən bildirib.

O, SSRİ-nin suqutundan sonra MDB-nın yaradılmasını “yeni ittifaq cəhdi” kimi xatırladıb: “Dağılmış Sovet İttifaqını itirmək istəməyən Rusiya MDB adlı yeni sovetlər yaratmağa cəhd edirdi. Düşünürdü ki, bunu artıq yaradıblar. O dövrdə mən Milli Məclisin sədri idim. MDB-nin iclaslarında bir neçə dəfə iştirak etmişdim. O dövrdə Federasiya Şurasının sədri olan Şumeyko ilə dost idim. O da keçmiş zavod direktoru olmuşdu. Mən ona MDB -nın ömrü uzun olmayacaq deyirdim. Deyirdim “bu quruma həmişə siz rəhbərlik etmək istəyirsiniz. Bu açıq aşkar Sovetlər yaratmaq cəhdidir. 15 respublikadan ən azı 8-inin xoşuna gəlmir. Bu quruma rəhbərlik rotasiya ilə olmalıdır”. Şumeyko bunu istəyirdi, ancaq o ölkənin Primakov, Qraçov (güc strukturlarının rəhbərləri) kimi milliətçi və korrupsionerlərinin qarşısında aciz idi. Yeltsin isə o illərdə isə artıq alkaqolik olmuşdu”.

R.Quliyev bildirib ki, var-dövlətinə təminat almaq üçün Yeltsin Putini vəzifəyə gətirib: “Putin yenidən SSRİ-ni bərpa etmək üçün 3 il öncə Ukrainaya hucum etdi. O həqiqətən maksimum bir həftəyə Kiyevi tutacağına, Yanikoviçi prezident postuna qaytaracağına inanırdı. Ondan öncə Paşinyanı yıxmaq üçün Qarabağ müharibəsində Azərbaycan ordusuna qarşı çıxmayacağına Türkiyəyə söz vermişdi. Onun iki qulbeçəsi Koçaryan və Sarkisyan Putini əmin etmişdilər ki, əgər Azərbaycan 2 rayonu azad edərsə Paşinyanın heç izi -tozu da qalmayacaq. Ancaq bu baş vermədi. Azərbaycan ordusu Şuşanı azad edəndən sonra daha da mübarizləşdi.

Putin Azərbaycanın bir birinin ardınca rayonlarını azad etməsinə seyriçi kimi yanaşdı və Paşinyanın yıxılmasını gözlədi. Ancaq Paşinyan nəinki dayandı, hətta seçkilər keçirtdi və uddu. Məlum oldu ki, ermənilər çoxdan bu “Dağlıq Qarabağ”dan yaxalarını qurtarıb insan kimi yaşamaq istəyirmişlər”.

Eks-spiker yazıb ki, Türkiyə -Azərbaycan-Ermənistan arasında müqavilə imzalanacağına əmindir: “Bu nəhayət regionu Rusiyanın yenidən işğalından xilas edəcək. Ukraina ilə müharibədə 1 milyondan çox adam itirmiş Rusiya Türkiyə kimi nəhəngin qarşısında heç 10 gün belə davam gətirə bilməz.  Fikrimcə Orta Asiya ,Azərbaycan və Türkiyə arasında hərbi müqavilədə bağlanmalıdır. Rusiyanın işğalçılıq siyasətinə son qoyulmalıdır”-deyə R.Quliyev yukunda qeyd edib.

AzPost.az

Избранный
9
1
azpost.info

2Источники