RU

Baş nazirin müavini: Azərbaycan güclü makroiqtisadi sabitliyə, əlverişli biznes mühitinə malikdir

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

"Dünya Bankının ‘Business Ready" sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Fitch" və "Moody"s" beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Həmçinin "Moody"s"in qiymətləndirməsi müraciətsiz aparılıb", - deyə S.Şərifov diqqətə çatdırıb.

Baş nazirin müavini, eyni zamanda, Azərbaycanın nəqliyyat, dəniz limanı, dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük vəsait yatırdığını, rəqəmsal transformasiya istiqamətində də mühüm irəliləyiş əldə etdiyini vurğulayıb.

 

Избранный
5
4
azertag.az

5Источники