Ukrayna ordusu Rusiyanın Krımdakı hərbi hava bazasına növbəti dəfə hücum edib.
Axar.az xəbər verir ki, bu abrədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Məlumata görə, sentyabrın 21-də baş verən hücum nəticəsində iki ədəd sualtı qayıq əleyhinə B-12 “Çayka” təyyarəsi və bir ədəd Mi-8 helikopteri məhv edilib.