RU

Tramp və Maskın uzun müddət sonra söhbəti: Sənin üçün darıxırdım

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Arizona ştatının Qlendeyl şəhərindəki "State Farm Arena"da mühafizəkar fəal Çarli Kirkin anım mərasimində ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskı aralarındakı vəziyyəti düzəltməyə çağırıb.

Oxu.Az-ın "Daily Mail"ə istinadən xəbərinə görə, bu barədə ABŞ-li nitq mütəxəssisi Nikola Hiklinq məlumat verib.

Tramp və Maskın kameralara əks olunan qısa söhbəti böyük maraq doğurub.

Dodaqların tərpənişindən söhbəti "oxuya" bilən Hiklinqin sözlərinə görə, Tramp əvvəlcə Maskdan onun necə olduğunu soruşub. Daha sonra ABŞ lideri əlavə edib ki, iş adamının onunla söhbət etmək istədiyi barədə eşidib. Sonra isə onlarla birlikdə lojada oturan UFC prezidenti Dana Uayt söhbətə müdaxilə edib.

"Gəl vəziyyəti düzəltməyin yolunu tapmağa çalışaq. Mən sənin üçün darıxırdım", - deyə prezident bildirib.

Mask Ağ Ev rəhbərinin təklifinə başını tərpətməklə cavab verib. Bundan sonra milyarder Trampın lojasını tərk edib.

Daha əvvəl bildirildiyinə görə, Tramp və Mask Çarli Kirkin anım mərasimində ilk dəfə açıq şəkildə görüşüblər. Qısa söhbətdən sonra iş adamı və ABŞ lideri əl sıxışıblar. Bu, uzun müddətdən sonra keçmiş müttəfiqlər arasında ictimaiyyət qarşısında ilk qarşılıqlı əlaqə olub. Söhbətdən sonra Tramp tribunanı tərk etməzdən əvvəl sahibkarın kürəyinə dostcasına əlini qoyub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
2
oxu.az

3Источники