RU

Ölkəmizə qoyulan hər bir sərmayə dostluq və dəstək mühitində qarşılanacaq - Samir Şərifov

Bakı. Trend:

Hazırkı qlobal mənzərə ciddi çağırışlarla səciyyələnir. Artangeosiyasi gərginliklər, bəzi hallarda hərbi münaqişələrə vəqarşıdurmalara çevrilən proseslər, iqlim dəyişikliyi, müxtəlifböhranlar, eləcə də həm inkişaf etməkdə olan, həm də aparıcıölkələrdə artan dövlət borcunu qeyd edə bilərik. Məhz bu şəraitdəAzərbaycan müxtəlif coğrafi bazarlar arasında etibarlı bağlantırolunu oynamağa başlayıb.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini SamirŞərifov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalqİnvestisiya Forumunda bildirib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanda investisiyaların axını üçün zəruri infrastrukturyaradılıb:

"Hər bir investisiya üçün ən vacib amillərdən biri siyasisabitlikdir. Güclü maliyyə bazası, iqtisadi sabitlik və əlverişlibiznes mühiti də mühüm şərtlərdəndir. Son dövrdə Azərbaycanın əldəetdiyi reytinqlər bunu bir daha təsdiqləyir. Dünya Bankının biznesmühiti üzrə apardığı qiymətləndirmələrdə, eləcə də aparıcıbeynəlxalq kredit reytinq agentliklərinin hesabatlarında ölkəmizinmövqeyi yüksəlib. Yaxın vaxtlarda Azərbaycanın kredit reytinqi“S&P” və “Fitch” tərəfindən investisiya səviyyəsinə qaldırılıb.Qeyd edim ki, “Moody’s” agentliyinin verdiyi reytinq isə ölkəmizinmüraciəti olmadan, könüllü şəkildə təqdim olunub. Bu daAzərbaycanın investisiyalar üçün cəlbedici məkana çevrildiyiningöstəricisidir.

Bununla yanaşı, Azərbaycan hökuməti Prezident İlham Əliyevinrəhbərliyi ilə nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayəyatırıb. Buraya dəniz limanı, dəmir yolu xətləri, genişləndirilmişavtomobil yolları və hava limanları daxildir. Paralel olaraq ölkədərəqəmsal transformasiya prosesi həyata keçirilir ki, bu dainvestisiyalar üçün mühüm ilkin şərtlər formalaşdırır".

"Ölkəmizə qoyulan hər bir sərmayə dostluq və dəstək mühitindəqarşılanacaq. Ümumilikdə Azərbaycan “körpü” rolunu davam etdirəcəkvə hər kəsi bu körpünün gələcəyə aparan bir hissəsi olmağa dəvətedirəm. Gəlin bu gələcəyi birlikdə quraq", - deyə S.Şərifov qeydedib.

Məqalədə:
Избранный
14
3
az.trend.az

5Источники