
Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. 09:03 Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətxinin regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.