RU

İsrail Azərbaycana yeni aviareyslər həyata keçirəcək Səfir

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaxın zamanlarda “Arkia Israeli Airlines” aviaşirkəti Azərbaycana hava reysləri təşkil edəcək.

Modern.az xəbər verir ki, bunu Trend-ə İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ronen Krausz bildirib.

“Biz ümidvarıq ki, oktyabr ayında daha bir şirkət – “Arkia” Azərbaycana reyslər həyata keçirməyə başlayacaq”, - deyə o qeyd edib.

Fövqəladə və səlahiyyətli səfirin sözlərinə görə, İsraildən gələn sərnişinləri 100 faizini turistlər təşkil edir, hərçənd “Azərbaycan Hava Yolları” (AZAL) reyslərindən eyni zamanda tranzit sərnişinlər də istifadə edirlər.

Səfir son zamanlar investisiyaların artmasına da diqqət çəkib. 2025-ci ilin ilk altı ayı ərzində İsrail Azərbaycandan investisiyaların həcminə görə birinci yerdə qərarlaşıb, bu isə öz növbəsində SOCAR-ın İsrailin “Tamar” qaz yatağına qoyduğu yatırımlarla əlaqədardır.

“Əvvəlcə bu rəqəmləri görmək məni çox sevindirdi. Bu, Azərbaycan və İsrail arasında münasibətlərin əhəmiyyətinin göstəricisidir. Biz əməkdaşlıqdan danışanda söhbət yalnız siyasi səviyyədən getmir, həm də iqtisadi müstəvidən gedir. Bu məlumatlar göstərir ki, hər iki ölkə münasibətlərin inkişafına inanır, onlara sərmayə qoymağa hazırdır və əməkdaşlığın perspektivləri artacaq, genişlənəcək və hər iki tərəf üçün daha çox uğurlu nəticələr verəcək”, - deyə Krausz bildirib.

Gələcək birgə tədbirlər və mümkün qarşılıqlı səfərlərdən danışan diplomat qeyd edib ki, tərəflər bunun üzərində işləyir.

“Ümid edirəm ki, ilin sonunadək sizinlə bölüşə biləcəyimiz xəbərlər olacaq. Biz fəal şəkildə əməkdaşlığın yeni istiqamətlərini axtarırıq. İlk növbədə, noyabrda Azərbaycanda Avropa ravvinlərinin konfransı keçiriləcək və bu, Avropa və digər ölkələrdən çoxsaylı ravvinləri bir araya gətirəcək. Ümidvaram ki, orada İsraildən də nümayəndələri görəcəyik. Həmçinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana və İsrailə əlavə səfərlərinin təşkili üzərində də işləyirik”,- deyə İsrailli diplomat əlavə edib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
2
modern.az

3Источники