AZ

Yeni İsrail hava yolları şirkəti Azərbaycana reyslər həyata keçirəcək - Səfir (ÖZƏL)

Bakı. Trend:

Yaxın zamanlarda “Arkia Israeli Airlines” aviaşirkətiAzərbaycana hava reysləri təşkil edəcək.

Bunu Trend-əİsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri RonenKrausz bildirib.

“Biz ümidvarıq ki, oktyabr ayında daha bir şirkət – “Arkia”Azərbaycana reyslər həyata keçirməyə başlayacaq”, - deyə o qeydedib.

Fövqəladə və səlahiyyətli səfirin sözlərinə görə, İsraildəngələn sərnişinləri 100 faizini turistlər təşkil edir, hərçənd“Azərbaycan Hava Yolları” (AZAL) reyslərindən eyni zamanda tranzitsərnişinlər də istifadə edirlər.

Səfir son zamanlar investisiyaların artmasına da diqqət çəkib.2025-ci ilin ilk altı ayı ərzində İsrail Azərbaycandaninvestisiyaların həcminə görə birinci yerdə qərarlaşıb, bu isə öznövbəsində SOCAR-ın İsrailin “Tamar” qaz yatağına qoyduğuyatırımlarla əlaqədardır.

“Əvvəlcə bu rəqəmləri görmək məni çox sevindirdi. Bu, Azərbaycanvə İsrail arasında münasibətlərin əhəmiyyətinin göstəricisidir. Bizəməkdaşlıqdan danışanda söhbət yalnız siyasi səviyyədən getmir, həmdə iqtisadi müstəvidən gedir. Bu məlumatlar göstərir ki, hər ikiölkə münasibətlərin inkişafına inanır, onlara sərmayə qoymağahazırdır və əməkdaşlığın perspektivləri artacaq, genişlənəcək vəhər iki tərəf üçün daha çox uğurlu nəticələr verəcək”, - deyəKrausz bildirib.

Gələcək birgə tədbirlər və mümkün qarşılıqlı səfərlərdən danışandiplomat qeyd edib ki, tərəflər bunun üzərində işləyir.

“Ümid edirəm ki, ilin sonunadək sizinlə bölüşə biləcəyimizxəbərlər olacaq. Biz fəal şəkildə əməkdaşlığın yeni istiqamətləriniaxtarırıq. İlk növbədə, noyabrda Azərbaycanda Avropa ravvinlərininkonfransı keçiriləcək və bu, Avropa və digər ölkələrdən çoxsaylıravvinləri bir araya gətirəcək. Ümidvaram ki, orada İsraildən dənümayəndələri görəcəyik. Həmçinin yüksək səviyyəli nümayəndəheyətlərinin Azərbaycana və İsrailə əlavə səfərlərinin təşkiliüzərində də işləyirik”,- deyə İsrailli diplomat əlavə edib

Məqalədə:
Seçilən
4
2
az.trend.az

3Mənbələr