RU

Fransanın yeni səfiri azərbaycanlılara səsləndi

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransanın Azərbaycandakı yeni səfiri xanım Sofi Lagut Azərbaycan ictimaiyyətinə müraciət edib.

Gununsesi.info fransalı diplomatın həmin müraciətini təqdim edir:

Fransanın Azərbaycandakı səfiri kimi sizə ilk dəfə müraciət etməkdən böyük məmnuniyyət duyuram. Bu tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir.

Əvvəlcə, çətin bir dövrdə Fransa ilə Azərbaycan arasında mövcud əlaqələri yaşatmaq üçün əlindən gələni əsirgəməyən sələfim Anne Buoyona dərin ehtiramımı bildirmək istəyirəm.

Sizi tezliklə tanımaq, gündəlik həyatlarında bu münasibətləri qoruyub saxlayanlarla, Bakıda və ondan kənarda Fransanın sadə, amma sabit mövcudluğunu təmin edən insanlarla görüşmək üçün səbirsizlənirəm. Həmçinin şəxsi və ya peşəkar fəaliyyətləri ilə Fransanın nüfuzunun artmasına töhfə verən hər kəslə tanış olmağı səbirsizliklə gözləyirəm.

Fransız dilinin gücünə, onun təcəssüm etdirdiyi dialoq, açıqlıq və müxtəlifliyə hörmət kimi dəyərlərə xüsusi inanım var.

Fransız dilinə maraq göstərən, ölkəmizi və mədəniyyətimizi təhsil, səfərlər və ya biznes imkanları vasitəsilə kəşf etmək istəyən azərbaycanlıların daim yaşadığı maraq və həvəsə cavab vermək üçün bu sahədə fəaliyyətimizin iddialı qalmasına nəzarət edəcəyəm.

Əminəm ki, birlikdə Fransa dəyərlərini və maraqlarını yüksək tutmağa və ölkələrimiz, xalqlarımız arasında münasibətləri inkişaf etdirməyə davam edəcəyik. Mən sizə arxalanıram!

Məni səmimi qarşılandığınız və göstərdiyiniz etimada görə sizə təşəkkür edirəm. Tezliklə görüşmək ümidi ilə.

Fransanın Azərbaycandakı  səfiri xanım Sofi Lagut

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
5
icma.az

6Источники