RU

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

Bakı. Trend:

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1stAzerbaijan International Investment Forum – “AIIF 2025”)keçirilir.

Trend xəbər verir ki, sentyabrın 22-23-də AZPROMO-nuntəşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) stratejitərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media vətəşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznesliderləri və beynəlxalq investorları bir araya gətirəcək.

Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrininvestisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlıtəchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal birplatforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilikparadiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı,yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yenitərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
Tədbir çərçivəsində plenar iclaslar, institusional və panelsessiyalar, tematik müzakirələr və ölkəmizin investisiya imkanlarıvə potensialına dair sərginin keçirilməsi nəzərdə tutulub. İki gündavam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı,rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regionaləməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.

Xəbər yenilənəcək

Избранный
6
21
az.trend.az

10Источники