RU

Manilada antikorrupsiya aksiyası zamanı polis və nümayişçilər toqquşub

Filippində prezident sarayının yaxınlığında etirazçılar saxlanılıb...

Poliqon xəbər verir ki, Filippinin paytaxtı Manilada prezident sarayının yaxınlığında keçirilən genişmiqyaslı etiraz aksiyası zamanı onlarla etirazçı polis tərəfindən saxlanılıb. Associated Press-in məlumatına görə, onlara qarşı əsas ittihamlar yolun bağlanması və “Molotov kokteyli” tipli alışdırıcı bombaların atılması olub.

Etiraz aksiyası “Trilyon peso yürüşü” adı altında təşkil edilib. Minlərlə insan küçələrə çıxaraq yerli qanunvericiləri və məmurları korrupsiyada – xüsusən də Sel daşqınları ilə Mübarizə Fondunun layihələrindən rüşvət almaqda ittiham ediblər.

Filippinin GMA News telekanalının məlumatına görə, Manilanın məşhur Luneta milli parkında keçirilən mitinqdə təxminən 49 min nəfər iştirak edib. Aksiya zamanı bəzi nümayişçilər polis əməkdaşlarına daş və şüşə butulkalar atıblar.

Polisin yaydığı rəsmi məlumata əsasən, toqquşmalar nəticəsində təxminən 40 polis əməkdaşı xəsarət alıb. Aksiyada iştirak edənlərin bir qismi isə ictimai asayişi pozmaqda təqsirləndirilərək saxlanılıb.

Hadisə ölkədə korrupsiyaya qarşı ictimai narazılığın daha da gücləndiyini göstərir. Ekspertlərin fikrincə, bu etirazlar Filippin hökumətinə islahatlar aparması üçün ciddi təzyiq formalaşdırır.

Poliqon.info

Избранный
12
poliqon.info

1Источники