Türkiyədə zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Balıkesir şəhərinin Sındırğı rayonunda yerli vaxtla saat 00:05-də, 4,9 maqnitudalı qeydə alınıb.
Zəlzələ İstanbul və İzmirdə hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.