RU

Netanyahu Fələstini tanıyan ölkələri hədələdi

İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsün, Fələstini tanıyan Qərb ölkələrinə gələn həftə “rəsmi cavab” verəcəyini açıqlayıb. SİA xəbər verir ki, Netanyahunun mesajını onun müşaviri Dmitri Gendelman "Telegram" kanalında yayımlayıb.

"Torpaqlarımızın mərkəzində terror dövləti qurmaq üçün edilən son cəhdin cavabı ABŞ-dan qayıtdıqdan sonra veriləcək. Gözləyin", - o bəyan edib.

Netanyahu deyib ki, Fələstin dövləti heç vaxt yaranmayacaq.

"İordan çayının qərbində Fələstin dövləti olmayacaq. Mən illərdir həm daxili, həm də xarici güclü təzyiqlərə qarşı duraraq bu terrorçu qurumun yaradılmasına imkan verməmişəm. Biz Yəhuda və Samariyada yəhudi məskunlaşmasını ikiqat artırmışıq və bu yolu davam etdirəcəyik", - o vurğulayıb.

Sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb.

Fransa Prezidenti Emmanuel Makron ölkə hakimiyyətinin sentyabrın 22-də Fələstini tanıyacağını açıqlayıb. Onun sözlərinə görə, bu qərar region üçün daha geniş sülh planına uyğundur.

Избранный
20
2
sia.az

7Источники