“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal “Qızıl Top” mükafatının təqdimetmə mərasiminə qatılacaq.
İdman.biz xəbər verir ki, futbolçu mərasimə 20 nəfərlik heyətlə gələcək.
Bildirilir ki, onların əksəriyyətini Yamalın yaxın qohumlarıdır.
Yamal və ailəsi mərasimdə İtaliya moda brendi "Dolce & Gabbana"nın geyimlərində olacaq. Əgər futbolçu mükafatı qazansa, o, Parisdə xüsusi bir tədbir təşkil etməyi planlaşdırır. Lakin tədbirin detalları hələ açıqlanmayıb.
Qeyd edək ki, təqdimetmə mərasimi sentyabr 22-də Parisin "Şatle" teatrında keçiriləcək.
İdman.biz