RU

"Arsenal" son dəqiqə məğlubiyyətdən "canını qurtardı"

Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 5-ci turunun son dəqiqələrində "Mançester Siti"yə məğlubiyyətdən xilas olub. Metbuat.az xəbər verir ki, Londondakı "Emirates" stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.Qarşılaşmanı baş hakim Stüart Atvell idarə edib.Hesabı doqquzuncu dəqiqədə Erlinq Holann açıb və "Siti"ni önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.Bu oyundan sonra "Mançester Siti" 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.

"Şəhərlilər" növbəti turda sentyabrın 27-də doğma meydanda "Byornli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaq.

Избранный
37
3
metbuat.az

4Источники