RU

3 top-klub “Yuventus”un futbolçusu üçün mübarizə aparır

“Yuventus”un mərkəz müdafiəçisi Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, braziliyalı futbolçunun xidmətində İngiltərənin “Mançester Yunayted”, “Çelsi” və “Liverpul” klubları maraqlıdır.

Sözügedən klublar artıq qış transfer pəncərəsi zamanı futbolçunu transfer etmək üçün agenti ilə danışıqlara başlayıb.

Turin klubu braziliyalı müdafiəçini satmaq istəmir və onun komandada qalması üçün mübarizəyə hazırlaşır. Eyni zamanda, 28 yaşlı futbolçu İngiltərəyə mümkün keçidə qarşı deyil.

Bremer 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 95 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, müdafiəçinin bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Избранный
40
90deqiqe.az

1Источники