RU

Komanda adından xahiş edirəm ki, diqqətli olsunlar Samir Abasov

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Yaxşı oyuna görə futbolçularıma təşəkkür edirəm. Son iki matçdakı oyunumuzu daha da yaxşılaşdırıb qələbə qazanmaq istəyən komanda gördüm. Bu da səbəbsiz deyil. Hər kəs "Neftçi"nin necə böyük komanda olduğunu bilir. Bu komanda üçün rəqibdən asılı olmayaraq heç-heçə belə uğursuz sayılır. Reallıq budur. Məndən də əvvəl belə olub, mənim dövrümdə də, mən sonra da olacaq. Biraz mövzudan kənara çıxacağam. "Qalatasaray" Çempionlar Liqasında "Ayntraxt"a 1:5 hesabı ilə uduzduqdan sonra baş məşqçi Okan Burukun verəcəyi açıqlama maraqlı gəldi. Dedi ki, 4 yeni oyunçu ilə oyuna çıxmışdılar. Bu, bəhanə kimi də qəbul oluna bilər, normaldır. Amma siz məşqçilərin yanında olmursunuz, bizim işimizin içində deyilsiniz. Ona görə də baş verən prosesləri bilə bilmərsiniz. Bu da normaldır. Amma reallıq budur ki, bizim heyətimizin böyük hissəsi yenilənib. Bu da təsir edir. Oyunlarda xal itirdikdən sonra komandada böyük təzyiq olur. Bu təzyiqdən də futbolçuları çıxarmaq tək mənim işim deyil. Bunun arxasında bizim rəhbərlik durub. Bu vaxta kimi görmədiyim şeydir. Qələbə qazanmaq üçün nə lazımdırsa, hətta artığını edirlər. Bu cür qələbələrə də təkan verən rəhbərlik oldu. Ona görə də bu qələbəni onlara həsr edirəm. 

- Qolun müəllifləri görüşə sonradan daxil etdiyiniz oyunçular oldu. Bu əvəzetmələr planlaşdırılmışdı, ya gedişata uyğun idi? 

- Şəxsi fikrimdir, məşqçinin daxil edəcəyi oyunçunun əvvəlcədən qol vuracağını bilməsi yalandır. Biz haradan bilək ki, o, qol vuracaq? Sadəcə kimsə oyundan düşür, onun yerinə kimisə daxil edirsən. Bilmirdim ki, qol vuracaq. 

- Bugünkü qoldan sonra Ağadadaş Salyanski daha çox oyun şansı alacaq?

- Əlbəttə, alacaq. Bütün futbolçularımız oyun vaxtı qazanacaq, çünki mövsüm uzundur. Uzun müddət oynamayan futbolçular da bəzi matçlarda meydana çıxacaqlar. 

- "Neftçi" daha öncə uduzduğu belə görüşdə də üstün oynayırdı. Bəzən bu cür hallarda bir qələbə hər şeyi yoluna qoyur. Bu qələbə nə dərəcədə əhəmiyyətli olacaq? 

- Məncə, çox əhəmiyyətlidir. Biz bu gün o qədər xoşbəxtik ki, sanki çiyinimizdən yük atmış olduq. Bu gün də bəzi xoşagəlməz epizodlarımız var idi. Heç-heçə də ola bilərdi. Amma biz rəqibə də qol fürsəti vermirik. Artıq neçə oyundur ki, belədir. Bəlkə də öyünəsi şey deyil, amma ötən il rəqibin hər hücumu qol olurdu. Ən azından bunları düzəldə bilmişik. Daha çox kollektiv şəkildə oynayırıq və vuruşuruq. Bundan da əlavə daha çox qol vursaq, məncə, yaxşı komandayıq. 

- Bu qələbədən sonra mövsümün sonuna azarkeşlərə nəyi söz verirsiniz? 

- Heç bir söz vermək istəmirəm. Sadəcə söz verə bilərəm ki, hər oyuna qələbə üçün çıxacağıq. 

- Sessi D`Almeydanın mümkün penalti epizodu ilə bağlı fikirləriniz nədir? 

- Deyə bilmərik ki, sırf bizə qarşı qərəzlik var. Amma bir komandaya qarşı bu cür məqamlar artıq neçə oyundur olursa, adamın özündə də şübhə yaradır. Məncə də penalti olmalı idi. Amma "Neftçi" olduğuna görə bir çoxu deyəcək ki, penalti yox idi. Bəlkə də hər oyunda oyunun nəticəsinə təsir edən epizodumuz var. Diqqətli olmaq lazımdır. Ola bilərdi ki, penalti zərbəsinə ehtiyacımız olardı. Bu cür halda səs qaldıra bilərdik. İndi, bəlkə, qələbə qazandığımıza görə sakitik. Komanda adından xahiş edirəm ki, diqqətli olsunlar. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
3
qol.az

4Источники