RU

Əvəzedicilər Liqası: “Sabah” 3, “Şamaxı” tək qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 5-ci turun oyunlarına bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Şamaxı”nın ikinci komandası “Kəpəz-2” ilə ev oyununda tək qolla 3 xal qazanıb. “Sabah”ın əvəzediciləri isə “Qəbələ-2” ilə görüşdə darmadağına imza atıblar.

Əvəzedicilər Liqası
5-ci tur

20 sentyabr

“Turan Tovuz-2” – “Neftçi-2” 0:2
Qollar: Nurlan Musayev, 15-pen. İsmayıl Qurbanlı, 77.
Hakimlər: Namiq Bəkirov, Sənan Atayev, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” 3:3
Qollar: Fərid Tağıyev, 37. Nuran Muradlı, 47. İftixar İbrahimov, 70 – Elton Mikayılov, 10; 67-pen. Cavid Məlikov, 83.
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Rəşad Quliyev, Əkbər Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Zirə-2” 0:3
Qollar: Nurhan Abdıyev, 57-pen. Əhliman Süleymanzadə, 72-pen. Elşən Abdullayev, 90+1.
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Sevda Nuriyeva, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

21 sentyabr

“Şamaxı-2” – “Kəpəz-2” 1:0
Qol: Nihat Mehralıyev, 44.
Hakimlər: Vüqar Həsənli, Zöhrab Abbasov, Safalı Ağayev, Murad Səlimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah-2” – “Qəbələ-2” 3:0
Qollar: Həbib Hüşənov, 23-öz qapısına. Şahin İbrahimov, 71. Ramil Nuraxmedov, 82.
Hakimlər: Kamranbəy Rəhimov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”, 18:00.

error: Məzmun qorunur!
Избранный
9
35
arena.az

10Источники