“İsrail Fələstin dövlətini tanıyan bir neçə ölkənin birtərəfli bəyanatlarını qəti şəkildə rədd edir.”
Leqal.info xəbər verir ki, bu barədə Böyük Britaniya, Kanada və Avstraliyanın atdığı müvafiq addımlarla bağlı İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"İsrail Böyük Britaniya və bəzi digər ölkələrin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli bəyanatlarını qəti şəkildə rədd edir. Bu bəyanatlar sülhə töhfə vermir, əksinə, regionda sabitliyi daha da pozur və gələcəkdə sülh yolu ilə həllə nail olmaq şanslarını sarsıdır", - bəyanatda deyilir.
XİN vurğulayıb ki, İsrail onu Fələstin dövlətinin əsassız sərhədlərini tanımağa məcbur etməyə yönəlmiş, reallıqdan uzaq və uydurulmuş heç bir mətni qəbul etməyəcək.
Bəyanatda eyni zamanda deyilir ki, daxildəki seçicilərə yönəlmiş siyasi jestlər yalnız Yaxın Şərqə ziyan vurur və heç bir fayda gətirmir.
Nazirliyin fikrincə bu bəyanatları imzalayan ölkələr həqiqətən bölgəni sabitləşdirmək istəyirlərsə, dərhal girovları azad etmək və radikalları tərksilah etmək üçün HAMAS-a təzyiq göstərməlidirlər.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта